bakı, 16 yanvar, arhd.media


 

bmt-nin idarələri abş-ın yeni seçilmiş prezidenti donald trampın yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan sonra quruma daha az maliyyə ayıracağından narahatdır.

 france-presse agentliyi bu barədə bmt nümayəndələrinə və analitiklərinə istinadla məlumat yayıb. agentliyin həmsöhbətləri abş-dan maliyyənin azalmasının öhdəsindən gələ biləcəklərini, lakin bunun çox çətin olacağını bildiriblər.

ekspertlərin fikrincə, ağ evin gələcək sahibi bmt-nin əhali fondunun, qlobal sağlamlıq mərkəzinin, ümumdünya səhiyyə təşkilatının, gender bərabərliyi strukturunun, insan hüquqları üzrə ali komissarlıq bürosunun maliyyəsini kəsə bilər. avropa ittifaqı ölkələri isə bmt-nin köməyinə gəlmək üçün əlavə vəsaitlərinin olmadığını açıq şəkildə vurğulayıblar.

vaşinqton bmt-nin əsas donorlarından biri olaraq qalır və abş-ın maliyyə köçürmələri təşkilatın 2022-ci il büdcəsinin üçdə birindən çoxunu təşkil edir. donald tramp 2020-ci ildə ağ evin təkid etdiyi dəyişiklikləri həyata keçirməkdən imtina etdiyi üçün ümumdünya səhiyyə təşkilatı ilə münasibətləri tamamilə dayandırmaq niyyətində olduğunu bildirib. o, eyni zamanda, ümumdünya səhiyyə təşkilatının çinin tam nəzarətində olduğunu iddia edib.


arhd.media  sosial media saytı’ın rəhbəri :

beynəlxalq hüquq eksperti : ismayıl zalov

 

arhd.media  sosial media saytı’ın  baş redaktoru :

orxan ismayılov

Baxış sayı: 1 359

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə