istanbul, 22 iyun, arhd.media
türkiyə xin: rəsmi ankara iranın nüvə obyektlərinə hücumun mümkün nəticələrindən narahatdır
türkiyə olaraq bölgədə israilin hücumları ilə başlayan qarşıdurmanın yayılma riskinə və təhlükəsizlik mühitinin pozulmasına hər fürsətdə diqqət çəkmişik. abş tərəfindən bu gün iranın nüvə obyektlərinə edilən hücum həmin riski ən yüksək səviyyəyə qaldırdı. türkiyə abş-ın iranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumun mümkün nəticələrindən dərin narahatlıq duyur. baş verən hadisələr regional münaqişənin qlobal miqyasda genişlənməsinə səbəb ola bilər. biz bu fəlakət ssenarisinin gerçəkləşməsini istəmirik.
arhd.media xəbər verir ki, bu fikirlər türkiyənin xarici işlər nazirliyinin (xin) abş-ın iranın fordo, natanz və isfahandakı nüvə obyektlərinə endirdiyi zərbələri ilə bağlı bəyanatında yer alıb.
türkiyə xin açıqlamasında əlaqədar bütün tərəfləri məsuliyyətli davranmağa, hücumları dərhal qarşılıqlı şəkildə dayandırmağa, daha çox insan tələfatına və dağıntıya səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
açıqlamada, həmçinin deyilir: “iranın nüvə proqramı ilə bağlı münaqişənin yeganə həll yolu danışıqlardan keçir. beynəlxalq ictimaiyyəti tərəflər arasında diplomatik həll yollarının tapılması istiqamətindəki səyləri dəstəkləməyə çağırırıq. türkiyə üzərinə düşən məsuliyyəti yerinə yetirməyə və konstruktiv töhfə verməyə hazırdır”.























