bakı, 22 iyun, arhd.media
aeba rəhbərlər şurası iranla bağlı iclas keçirəcək
atom enerjisi üzrə beynəlxalq agentliyin (aeba) rəhbərlər şurası abş-ın iranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra ölkədəki vəziyyəti müzakirə etmək üçün iyunun 23-də bir araya gələcək.
arhd.media xəbər verir ki, bu barədə aeba-nın baş direktoru rafael qrossi bildirib.
qeyd edək ki, iyunun 22-nə keçən gecə abş iranın fordo, natanz və isfahandakı üç nüvə obyektinə zərbələr endirib.
aeba abş-ın zərbələrindən sonra iranın nüvə obyektləri xaricində radiasiya səviyyəsinin artması ilə bağlı heç bir məlumat almadığını bildirib.
bu hücumlardan sonra iran israilə növbəti dəfə ballistik raketlər atıb.
israil ordusu isə iranın qərbindəki hərbi obyektlərə zərbələr endirib.























