bakı, 22 iyun, arhd.media
abş iranın üç nüvə obyektini vurub
abş iranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib.
arhd.media xəbər verir ki, bu barədə abş prezidenti donald tramp sosial şəbəkə hesabında bildirib.
prezident tramp abş hərbi hava qüvvələrinin irandakı üç nüvə obyektinə zərbə endirdiyini açıqlayıb.
“irandakı fordo, natanz və isfahan daxil olmaqla, üç nüvə obyektinə uğurlu hücum tamamladıq. bütün təyyarələr artıq iran hava məkanından kənardadır. dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. indi sülh zamanıdır! bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”, – deyə trmap qeyd edib.
abş-ın “fox news” telekanalı və iranın irna agentliyi fordo nüvə obyektinin hava hücumuna məruz qalması barədə məlumatlar yayıb.























