ankara, 18 iyun, arhd.media
türkiyənin müdafiə naziri iranla sərhədə yollanıb
türkiyənin milli müdafiə naziri yaşar güler hərbi hissələrə baxış keçirmək üçün iranla həmsərhəd van vilayətinə gedib.
türkiyə milli müdafiə nazirliyindən arhd.media-a bildirilib ki, naziri səfərdə türkiyə silahlı qüvvələri komandanlığının nümayəndələri müşayiət edirlər.
bundan əvvəl türkiyə parlamenti yaydığı bəyanatda ankaranın iran və israil arasında gərginlik fonunda regionda uzunmüddətli nizamlanmanı təmin etmək üçün səylərini davam etdirməyə hazır olduğunu vurğulamışdı.
sənəd ölkənin ali qanunverici orqanında təmsil olunan bütün partiyalar tərəfindən dəstəklənib.























