bakı, 16 iyun, arhd.media
rusiya xin: ruslar quru yolu ilə irandan azərbaycana keçə bilərlər
ruslar irandan quru yolu ilə astara sərhəd-keçid məntəqəsindən azərbaycana keçə bilərlər.
arhd.media xəbər verir ki, bu barədə rusiya xarici işlər nazirliyinin (xin) bəyanatında deyilir.
"iranın hava məkanının bağlanması ilə əlaqədar rusiya vətəndaşları astara sərhəd-keçid məntəqəsi vasitəsilə azərbaycan ərazisinə quru yolu ilə ölkəni tərk edə bilər. israildən isə qonşu misirə və ya iordaniyaya gedə bilərlər", - mətndə deyilir.
rusiya diplomatik missiyası, həmçinin israil və irandakı ruslara hərbi və digər dövlət obyektlərinə yaxınlaşmamağı tövsiyə edir.























