bakı, 16 iyun, arhd.media
iran dövlət televiziyası fəaliyyətini bərpa edib
iran dövlət televiziyası israil tərəfindən atılan raketlə zərbəsinə məruz qaldıqdan sonra yayımını dayandırmışdı. lakin bir neçə saatdan sonra dövlət televiziyasının yayımı bərpa edilib.
arhd.media iranın internet saytlarına istinadla xəbər verir ki, bu digər televiziya kanalları da ehtiyatda olan studiyalarda yayımlarını davam etdirirlər. dövlət televiziyasına düşən raket zərbəsi nəticəsində yaralanan aparıcı səhər emami tibbi müayinədən keçdikdən sonra studiyaya qayıdaraq canlı yayımı davam etdirib.
iranın irib televiziyasının açıqlamasına əsasən, televiziyanın yayım antenasına dəyən zərər tez bir zamanda bərpa edilib.
iran milli yayım təşkilatının rəhbəri peyman cəbəllin açıqlama verərək bildirib ki, həqiqətlərin yayılmasını istəməylər televiziyanı məhv etməyə cəhd edib. lakin qəhrəman jurnalistlər öz peşələrinə sadiq qalaraq işlərini davam etdirirlər.
nəzərə çatdıraq ki, israil ordusu açıqlama verərək iran televiziya kanallarını vuracağını bildirib. ilk zərbə dövlət televiziyasına endirildi.
iranın irib dövlət televiziyasının 5 kanalı var. bundan başqa irinn, press tv, itn, savalan tv, səhənd və digər televiziya kanalları var. həmçinin iranın yüzə yaxın internet televiziyası da var.
bu saatlarda təbriz şəhəri raket zərbəsinə məruz qalıb. şəhərə düşən raket dağıntılara səbəb olub. ölən və yaralananlar barəsində hələlik məlumat yoxdur. eyni zamanda, paytaxt tehran da raket zərbələrinə məruz qalır.
israil ordusunun açıqlama verərək bildirib ki, iranın qərbindəki infrastrukturu məhv edəcəyik. bununla yanaşı, israil baş nazirinin ofisindən məlumat verilib ki, sabahdan etibarən əhali üçün yeni sığınacaqlar inşa edilməsinə başlanılacaq.
qarşılıqlı raket zərbələrinin endirilməsi davam edir.























