türkiyənin dövlət rəsmilərinin israil-iran gərginliyi ilə bağlı iclası keçirilib

istanbul, 13 iyun, arhd.media




türkiyənin dövlət rəsmilərinin israil-iran gərginliyi ilə bağlı iclası keçirilib


israillə iran arasında artan gərginlik ilə bağlı türkiyənin diplomatik və təhlükəsizlik qüvvələrinin rəhbərlərinin birgə iclası keçirilib.

arhd.media xəbər verir ki, ölkənin xarici işlər naziri hakan fidan, milli müdafiə naziri yaşar güler, silahlı qüvvələrin baş qərargah rəisi, ordu generalı metin gürak və milli kəşfiyyat təşkilatının rəhbəri ibrahim kalının iştirakı ilə keçirilən toplantıda iki ölkə arasındakı gərginliyin mümkün nəticələri müzakirə edilib.

görüşlə bağlı açıqlama verən hakan fidan bildirib ki, türkiyə prezidenti ilk andan etibarən hadisələri yaxından izləyir və mütəmadi məlumatlandırılır. ölkənin aidiyyəti qurumları dövlət başçısının tapşırıqları əsasında türkiyəni maraqlandıra biləcək ehtimal ssenarilərə uyğun olaraq bütün zəruri tədbirləri görür.

nazir hakan fidan daha sonra əlavə edib: “hadisələrin əvvəlindən bəri iran, iraq, iordaniya və abş kimi bir çox ölkə ilə sıx təmasdayıq. bölgəmizdə artan gərginliyə imkan verməməliyik. abş prezidenti donald trampın nüvə danışıqlarına dair başladığı prosesin davam etdirilməsi nüvə mübahisəsinin doğurduğu qarşıdurmanın aradan qaldırılması üçün yeganə yoldur. diplomatiya müharibənin tək alternatividir”.

Baxış sayı: 6 469

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə