bakı, 11 iyun, arhd.media
tramp iranla müharibə istəmədiyini bildirib
abş prezidenti donald tramp iranla silahlı münaqişənin əleyhinə olduğunu, lakin nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün tehranla razılığın mümkünlüyünə şübhə etdiyini deyib.
arhd.media xəbər verir ki, donald tramp bunu “the new york post” qəzetinin “pod force one” podkastının efirində söyləyib.
“indi bir neçə ay əvvəl olduğum qədər nikbin deyiləm və tehranla razılaşmanın olacağına əminliyim azalıb. razılaşma baş tutmasa da iran nüvə silahlarına sahib olmayacaq. əlbəttə, hər şeyi müharibəsiz, itkisiz həll etmək daha yaxşıdır”, - deyə abş prezidenti bildirib.
xatırladaq ki, iran və abş nümayəndələri mayın 23-də romada tehranın nüvə proqramı ilə bağlı danışıqların beşinci raundunu keçiriblər. danışıqlarda vasitəçi qismində çıxış edən omanın xarici işlər naziri bədr əl-busaidi məsləhətləşmələrdə müəyyən irəliləyişə nail olunduğunu açıqlayıb. onun iranlı həmkarı isə öz növbəsində bir neçə görüşdən sonra tehran və vaşinqtonun müsbət nəticəyə ümid etdiklərini vurğulayıb.
iran xarici işlər nazirliyinin məlumatına görə, danışıqların altıncı raundunun iyunun 15-də omanın paytaxtı maskatda keçirilməsi planlaşdırılır.
qeyd edək ki, bir müddət öncə, iranın müdafiə naziri əziz nəsirzadə abş-la müharibə olacağı təqdirdə birləşmiş ştatların yaxın şərqdəki bütün hərbi bazalarının hücuma məruz qalacağını deyib.























