bakı, 11 iyun, arhd.media
azərbaycanın və özbəkistanın baş nazirləri daşkənddə ümummilli lider heydər əliyevin barelyefini ziyarət ediblər
azərbaycan respublikasının baş naziri əli əsədov və özbəkistan respublikasının baş naziri abdulla aripov iyunun 11-də daşkənddəki heydər əliyev meydanında ümummilli liderin barelyefini ziyarət ediblər.
arhd.media xəbər verir ki, baş nazirlər barelyefin önünə gül dəstələri qoyub, ulu öndər heydər əliyevin xatirəsini ehtiramla anıblar.

























