vaşinqton, 10 iyun, arhd.media
tramp: milli qvardiya təhlükə sovuşana qədər los-ancelesdə qalacaq
abş prezidenti donald tramp hərbçilərin los-ancelesdə olması ilə vəziyyətin daha çox nəzarətdən çıxacağından narahat olmadığını deyib.
arhd.media-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında milli qvardiya qoşunlarının los-ancelesdə təhlükə tamamilə sovuşana qədər qalacağını açıqlayıb. tramp ən fövqəladə addım olan üsyan aktına müraciət edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.
"əgər üsyan olarsa, mən buna mütləq müraciət edərəm. baxacağıq. ancaq sizə deyə bilərəm ki, dünən gecə dəhşətli idi və ondan əvvəlki gecə daha dəhşətli olub", - deyə tramp bildirib.























