roma, 6 iyun, arhd.media
italiya prezidenti: avropa ittifaqı daxili və xarici hücumlara müqavimət göstərməlidir
avropa ittifaqı ölkələri birləşməli, daxili və xarici hücumlara müqavimət göstərməlidirlər.
arhd.media xəbər verir ki, bunu italiya prezidenti sercio mattarella deyib: “avropa ittifaqı yeni birgəyaşayış modelini işləyib hazırlamaq üçün dünyada dialoqun dayaq nöqtələrindən birinə çevrilməlidir. sülh qaydalar sistemini bərpa edən beynəlxalq münasibətlər sisteminin yenidən qurulması ilə əldə olunur. bunun üçün ai birləşməli, daha səmərəli olmalı, daxildən və xaricdən gələn hücumlara müqavimət göstərməlidir. bu, avropanın vəzifəsidir”.
qeyd edək ki, italiya prezidenti bu gün vatikanda roma katolik kilsəsinin rəhbəri papa xiv leo ilə görüşüb. təxminən 40 dəqiqəyə yaxın davam edən görüşdə italiya ilə müqəddəs taxt-tac arasındakı münasibətlərlə yanaşı, avropanın mərkəzində illərdir davam edən münaqişələr əsas müzakirə mövzusu olub.

























