berlin, 1 fevral, arhd.media         

 

almaniya federativ respublikasının doqquzuncu federal prezidenti horst köhler 81 yaşında vəfat edib.

arhd.media  xəbər verir ki, sabiq prezident ağır xəstəlikdən dünyasını dəyişib.

almaniya prezidenti frank-valter ştaynmayer horst köhlerin vəfatı ilə bağlı həyat yoldaşına göndərdiyi başsağlığı məktubunda bildirib: “ölkəmiz üçün və dünyada böyük xidmətləri olan çox nüfuzlu və son dərəcə sevilən bir insanı itirdik”.

qeyd edək ki, 1943-cü ildə polşanın skierpiszov qəsəbəsində doğulan horst köhler 2004-cü il mayın 23-də xristian birlik partiyalarının (cdu/csu) və azad demokrat partiyasının (fdp) namizədi kimi almaniyanın doqquzuncu prezidenti seçilib. o, 2009-cu il mayın 24-də ikinci müddətə prezident seçilsə də, bir il sonra - 2010-cu il mayın 31-də vəzifəsindən istefa verib. onun istefasına səbəb əfqanıstandakı almaniya hərbi kontingentini ziyarət edərkən ölkəsinin ticari maraqlarının qorunması işində alman hərbçilərinin də iştirakı barədə açıqlamasının mediada geniş tənqid edilməsi və bununla bağlı yaranan mübahisələr səbəb olmuşdu.

h.köhler prezident olmamışdan əvvəl beynəlxalq valyuta fondunun icraedici direktoru (2000-2004), avropa yenidənqurma və inkişaf bankının prezidenti (1998-2000) və ölkəsində bir sıra vəzifələrdə işləyib.

Baxış sayı: 4 333

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə