ankara, 15 may, arhd.media
türkiyə prezidenti rəcəb tayyib ərdoğan cümə axşamı, mayın 15-də ankarada ukraynalı həmkarı volodimir zelenski ilə görüşüb.
arhd.media xəbər verir ki, yüksəksəviyyəli danışıqlar prezident kompleksində mətbuat üçün qapalı rejimdə keçirilib.
istanbulda dolmabahçe sarayında keçirilən rusiya-ukrayna danışıqlarının bərpası fonunda volodimir zelenski türkiyədə işgüzar səfərdədir.
bu gün səhər saatlarında türkiyə prezident administrasiyası ərdoğan və zelenski arasındakı görüşü “rusiya-ukrayna müharibəsi kontekstində son hadisələrin hərtərəfli müzakirəsi üçün fürsət” adlandırıb.
"türkiyə prezidenti ukraynalı həmkarı ilə görüşdə dərhal atəşkəs və sülh danışıqlarının başlanmasının vacibliyi ilə bağlı mövqeyini vurğulayacaq”, -deyə prezident administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri fahreddin altunun paylaşımında deyilir.























