london, 8 may, arhd.media
azərbaycan, bəə və braziliya iqlim tədbirlərinə dair yol xəritəsinin hazırlanması istiqamətində ciddi irəliləyişlər əldə ediblər. söhbət belen yol xəritəsindən gedir. bu prosesdə azərbaycanın fəallığı və təşəbbüskarlığı mühüm rol oynayıb.
bu sözləri arhd.media-a açıqlamasında imperial kollecinin biznes məktəbində iqlim maliyyəsi və investisiya mərkəzinin rəhbəri professor maykl uilkins deyib. maykl uilkins əlavə edib ki, cop-a ev sahibliyi edən ölkələr arasında əməkdaşlıq iqlim gündəliyinin irəliləməsi baxımından fundamental əhəmiyyət daşıyır.






















