roma, 31 yanvar, arhd.media
belqradda italiya-serbiya biznes forumu təşkil olunacaq.
arhd.media xəbər verir ki, bu barədə italiyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirliyi məlumat yayıb.
bildirilir ki, italiya baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri antonio tayani bu gün serbiyanın paytaxtı belqrada səfər edəcək. nazir səfər çərçivəsində serbiya prezidenti aleksandar vuçiç və xarici işlər naziri marko curiç ilə görüşlər keçirəcək.
italiya və serbiyanın 400-dən çox şirkətinin təmsil olunacağı biznes forumda enerji keçidi, aqrotexniki və sənaye, xüsusilə yüksək texnoloji məzmunlu sektorlarda əməkdaşlıq üçün yeni imkanlar nəzərdən keçiriləcək.






















