bmt-də əsaslı islahatlar planlaşdırılır

bakı, 2 may, arhd.media



bmt-də əsaslı islahatlar planlaşdırılır


bmt strukturlarının genişmiqyaslı yenidən qurulması nəzərdən keçirilir.

arhd.media xəbər verir ki, “reuters” agentliyi bu barədə bmt-nin daxili sənədinə istinadla məlumat yayıb.

məlumata əsasən, gələcəkdə qurumun mühüm bölmələri birləşdirilməli və dünya üzrə resurslar yenidən bölüşdürülməlidir. məxfi sayılan sənəddə bmt-nin onlarla qurumunun dörd əsas bölmədə - sülh və təhlükəsizlik, humanitar məsələlər, davamlı inkişaf və insan hüquqları bölmələrində cəmlənməsi təklif edilir.

sənəd təşkilatı daha səmərəli və qənaətcil etmək məqsədilə baş katib antonio quterreşin mart ayında formalaşdırdığı işçi qrupu tərəfindən hazırlanıb.

Baxış sayı: 4 582

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə