bakı, 7 aprel, arhd.media
iran nüvə silahı istehsal etməyəcək, çünki bu, ölkə rəhbərliyi tərəfindən qadağan edilib.
arhd.media xəbər verir ki, iran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi ismail bəqayi bunu iranlı deputat məhəmməd qasim osmaninin qərblə danışıqlarda “bərabərliyi” təmin etmək üçün nüvə silahı hazırlamaq təklifini şərh edərkən deyib.
“iran heç vaxt və heç bir halda nüvə silahı hazırlamaq yolunu tutmayacaq. bu, ölkənin ali rəhbəri ayətullah əli xameneinin fətvasına əsaslanan strategiyamızın tərkib hissəsidir. bu məsələdə heç bir şübhə yoxdur və ola da bilməz”, - deyə diplomat jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
qeyd edək ki, iran islam respublikasında nüvə silahının hazırlanması 2003-cü ildə ayətullah əli xameneinin fərmanı ilə rəsmən qadağan edilib.





















