ankara, 3 aprel, arhd.media
bu ilin əvvəlindən türkiyədə 29 mindən çox qeyri-leqal miqrant saxlanılıb. eyni zamanda, 2020-ci ildən bəri bu rəqəm 1 milyon 80 min nəfər həddinə yaxınlaşıb.
arhd.media bu barədə türkiyənin daxili işlər nazirliyinə istinadla xəbər verir.
nazirliyin məlumatına görə, saxlanılan miqrantların ən çoxu əfqanıstandandır. daha sonra suriya vətəndaşları gəlir.
bundan əlavə, 2020-ci ildən qeyri-leqal miqrasiyanın təşkili ilə məşğul olan 2169 nəfər saxlanılıb.
daxili işlər nazirliyi türkiyədə qalmasına icazə verilən əcnəbi vətəndaşların statistikasını da açıqlayıb.
bu ilin mart ayının ortalarına olan məlumata görə, türkiyədə 1 milyon 76 min 643 əcnəbiyə yaşamaq icazəsi verilib ki, onlardan 84 min 85-i azərbaycan vətəndaşıdır.























