qahirə, 2 aprel, arhd.media
avropa ittifaqı iordaniyaya 500 milyon avro kredit ayırıb
avropa ittifaqı iordaniyaya makroiqtisadi maliyyə yardımı (mfa) proqramı çərçivəsində 500 milyon avro məbləğində kredit ayırıb.
arhd.media “əl-məmləkə” telekanalına istinadla xəbər verir ki, bununla bağlı qərar dünən avropa parlamentinin iclasında təsdiq olunub.
bu, avropa ittifaqının 2013-cü ildən bəri iordaniyaya ayırdığı dördüncü yardım paketidir. bildirilir ki, bu maliyyə yardımı paketi iordaniyanın mövcud iqtisadi və maliyyə çətinliklərinin öhdəsindən gəlməsinə kömək məqsədilə avropa komissiyası tərəfindən 2025-ci ilin yanvar ayında elan edilib.





















