bakı, 2 aprel, arhd.media
abş-da idxal tarifləri gözləntiləri fonunda avtomobil satışları artıb
abş-da avtomobil idxalına tariflərin tətbiqi ilə bağlı gözləntilər fonunda “general motors”, “hyundai motor”, “toyota motor” və “honda motor” şirkətlərinin satışları artıb.
arhd.media xəbər verir ki, “general motors” avtomobillərinin satışları yanvar-mart aylarında 17 faiz artaraq 693,4 min ədədə çatıb və bu, 2018-ci ildən bəri ilk rübün ən yaxşı göstəricisi hesab olunur. şirkətin hər dörd brendi ikirəqəmli artım tempi nümayiş etdirib: “chevrolet” modelinin satışlarında 14 faiz, “cadillac” modelinin satışlarında 21 faiz, “buick” modelinin satışlarında 39 faiz, gmc modelinin satışlarında isə 18 faiz artım qeydə alınıb.
2025-ci ilin ilk rübündə “hyundai” avtomobillərinin satışları 10 faiz artaraq, yanvar-mart ayları üçün rekord göstəriciyə - 203,6 min ədədə çatıb. “kia” şirkətinin rüblük satışları da 11 faiz artaraq 198 min 850 ədədə yüksəlib və birinci rübün rekordunu yeniləyib.
yaponiyanın avtomobil istehsalçısı “toyota” yanvar-mart aylarında abş-dakı satışlarını bir faiz artırmağa müvəffəq olub. şirkətin lüks markalı “lexus” avtomobillərinin satışı isə 14 faiz artıb.
qeyd edək ki, bu həftə vaşinqton abş-a idxal olunan avtomobillərə 25 faizlik rüsumların tətbiqinə başlayacaq.























