belarus bəzi neft məhsulları üzrə ixrac rüsumlarını artırıb

bakı, 1 aprel, arhd.media



belarus avrasiya iqtisadi ittifaqının gömrük ərazisindən kənara ixrac edilən bəzi neft məhsulları üçün ixrac rüsumlarını artırıb.

arhd.media xəbər verir ki, bu barədə ölkənin belta agentliyi məlumat yayıb. bildirilib ki, mayeləşdirilmiş neft qazının ixrac rüsumunun həcmi indi hər ton üçün 8,8 dollar təşkil edir (əvvəllər 8,3 dollar idi). etan, butan və izobutanın ixrac rüsumu hər ton üçün 7,9 dollar (7,4 dollar) müəyyən edilib.

xam neft, benzinin bəzi növləri, propilen trimerlər və tetramerlər, yüngül və orta distillatlar, dizel yanacağı, benzin, benzol, toluol, ksilen, mazut, sürtkü yağları, tullantı neft məhsulları, neft jeli və parafin, neft koksu və neft bitumuna görə ixrac rüsumları sıfır olaraq qalır.

sənəd aprelin 1-dən qüvvəyə minib.

Baxış sayı: 2 525

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə