astana, 1 aprel, arhd.media
bmt-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyası katibliyinin beynəlxalq ekspertlər qrupu martın 31-dən aprelin 4-dək astanada səfərdədir. arhd.media qazaxıstanın ekologiya və təbii sərvətlər nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, səfərin məqsədi qazaxıstanın bakıda keçirilən cop29 çərçivəsində təqdim etdiyi ikiillik şəffaflıq hesabatının ekspert qiymətləndirilməsinin aparılmasıdır.
bildirilir ki, qazaxıstan bu hesabatı katibliyə təqdim edən ilk 9 ölkədən biri olub.
məsləhətləşmə görüşlərində iqlim siyasəti departamentinin, “jasyl damu” sc-nin, maraqlı dövlət qurumlarının, bmt-nin qazaxıstandakı inkişaf proqramının və digər beynəlxalq təşkilatların nümayəndələri və ekspertləri fəal iştirak edirlər.
qeyd edək ki, cop29 qlobal iqlim siyasəti sahəsində ən böyük və əlamətdar hadisələrdən birinə çevrilib.


























