istanbul, 26 mart, günel karatepe, arhd.media
türkiyənin çanaqqala vilayətində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 41 nəfər saxlanılıb.
arhd.media xəbər verir ki, miqrantlar türkiyənin sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən egey dənizində, çanaqqalanın ayvacık rayonunun ərazi sularında aşkarlanıblar. rezin qayıq vasitəsilə dənizi keçməyə cəhd göstərən bu şəxslərdən 20-si azyaşlıdır.
əfqanıstan və iran vətəndaşları olduqları müəyyən edilən şəxslər aidiyyəti qurumlara təhvil veriliblər.























