istanbul, 27 yanvar, günel karatepe, arhd.media



 

türkiyənin xarici işlər naziri hakan fidan yanvarın 28-də səudiyyə ərəbistanına səfər edəcək.

 səfər çərçivəsində türkiyə ilə səudiyyə ərəbistanı arasında inkişaf edən siyasi münasibətlər, sürətlə artan ticarət həcmini daha da yüksəltmək hədəfi, türkiyə-səudiyyə koordinasiya şurasının ikitərəfli əməkdaşlığın dərinləşməsində və yeni əməkdaşlıq sahələrinin yaradılmasında rolu kimi məsələlərin müzakirəsi gözlənilir. görüşlər zamanı fikir mübadiləsi aparılacaq mövzular arasında beynəlxalq məsələlər, o cümlədən suriyadakı son vəziyyət və beynəlxalq ictimaiyyətin buna yanaşması, israillə fələstin arasında əldə edilən atəşkəslə bağlı proseslər də yer alacaq.

səfər çərçivəsində 2016-cı ildə yaradılan və ilk iclası ondan bir il sonra ankarada keçirilən türkiyə-səudiyyə koordinasiya şurasının fəaliyyəti də müzakirə ediləcək. şuranın ikinci iclasının yaxın vaxtlarda xin rəhbərlərinin sədrliyi ilə ər-riyadda keçirilməsi gözlənilir.

türkiyə və səudiyyə ərəbistanı, həmçinin islam əməkdaşlıq təşkilatı - ərəb liqası qəzza təmas qrupuna üzv ölkələrdir.

qeyd edək ki, türkiyə ilə səudiyyə ərəbistanı arasındakı ticarətin həcmi 2024-cü ildə təxminən 8 milyard dollar olub. türkiyənin inşaat şirkətləri indiyədək səudiyyə ərəbistanında 400-dən çox layihə həyata keçiriblər. səudiyyə ərəbistanının marağını türkiyəyə cəlb edən məqamlardan biri isə sürətlə inkişaf edən müdafiə sənayesi sektorudur.

Baxış sayı: 4 331

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə