vaşinqton, 25 mart, arhd.media
“ukrayna ilə faydalı qazıntılar üzrə saziş tezliklə imzalanacaq”.
arhd.media-ın məlumatına görə, bu sözləri abş prezidenti donald tramp kabinetlə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. o bildirib ki, görüşdə xəzinədarlıq katibi skot bessent sazişin tamamlanmaq üzrə olduğunu deyib.
sazişin ötən ay ukrayna prezidenti volodimir zelenskinin abş-a səfəri zamanı imzalanacağı planlaşdırılırdı. lakin prezident donald tramp və vitse-prezident ceyms devid vans ilə gərgin görüşündən sonra imzalanma təxirə düşüb.






















