24 mart 2025 arhd.media
abş dövlət departamenti: iran danışıqlar masasına oturmalı olacaq
tehranın o qədər də fəaliyyət azadlığı yoxdur və abş ilə dialoq aparmağa məcbur olacaq.
“arhd.media” xəbər verir ki, bu barədə dövlət departamentinin nümayəndəsi temmi bryus “fox business” kanalının efirində bildirib.
"iranın az variantı var. biz ciddi yanaşırıq, onlar bilirlər ki, abş prezidenti donald tramp, dövlət katibi marko rubio ciddidir. iran danışıqlar masasına oturmağa məcbur olacaq", - o qeyd edib.






















