media: israil qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır

bakı, 24 mart, arhd.media




media: israil qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır


israil hakimiyyəti qəzza zolağında genişmiqyaslı quru əməliyyatı planlaşdırır.

arhd.media xəbər verir ki, bu barədə “wall street journal” mənbələrinə istinadla məlumat yayıb.

məlumata görə, israil rəhbərliyi hesab edir ki, fələstin anklavının əhəmiyyətli hissəsinin ələ keçirilməsi və saxlanması ona həmas hərəkatı üzərində yekun qələbəyə nail olmağa imkan verəcək. nəşrin qeyd etdiyi kimi, israilin baş naziri benyamin netanyahu və onun yaxın ətrafı hesab edir ki, amerikanın yeni administrasiyasının hücum hərəkətlərinə dəstəyi və livanda “hizbullah” təşkilatının zəifləməsi ilə israil ordusu bu cür hərbi əməliyyatlar keçirmək üçün kifayət qədər imkanlara malikdir.

eyni zamanda, həmas üzərində yekun qələbəyə nail olmaq üçün israil hərəkatın yeraltı tunellər sistemini və digər infrastruktur obyektlərini tamamilə məhv etməli olacaq ki, bu da bir neçə ay, hətta illərlə çəkə bilər. netanyahunun yeni strategiyasının əleyhdarları hesab edirlər ki, münaqişənin siyasi həlli olmadan təşkilatı sıradan çıxarmaq sadəcə mümkün olmayacaq.

qeyd edək ki, martın 18-də israil ordusu qəzzada hərbi əməliyyatları bərpa edərək anklav ərazisinə kütləvi hava zərbələri endirib.

Baxış sayı: 5 897

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə