24 mart 2025 arhd.media

chp imamoğlununun prezidentliyə namizədliyini rəsmən elan edib


türkiyənin cümhuriyyət xalq partiyası (chp) istanbul meri vəzifəsindən uzaqlaşdırılmış əkrəm imamoğlunun prezidentliyə namizədliyini rəsmən elan edib.

“arhd.media” xəbər verir ki, bu barədə ana müxalifət partiyası sosial şəbəkədə paylaşım edib.

“yolumuz uzun, həyəcanı yüksək gəncliyimiz var!” başlıqlı paylaşım “prezidentliyə namizədimiz əkrəm imamoğlu” yazılı şəkillə müşayiət olunub.

xatırladaq ki, martın 23-də, imamoğlunun “korrupsiya” işi üzrə istintaqı çərçivəsində həbs edildiyi gün, chp prezidentliyə namizədin müəyyənləşdirilməsi üçün ilkin seçkilər keçirib. partiya üzvləri üçün standart səsvermədən başqa, partiyasız şəxslərin də səs verə biləcəyi “həmrəylik məntəqələri” yaradılıb. chp-nin sədri özgür özəl səsverməyə 15 milyona yaxın vətəndaşın qatıldığını açıqlayıb. imamoğlu ilkin seçkilərin alternativsiz namizədi olub.

Baxış sayı: 6 395

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə