bakı, 23 mart, arhd.media
abş prezidenti donald trampın administrasiyası 530 mindən çox miqrantın müvəqqəti hüquqi statusunu ləğv etməyi planlaşdırır.
arhd.media xəbər verir ki, bu barədə nbc kanalı məlumat yayıb.
bildirilib ki, söhbət 2023-cü ildə abş-ın keçmiş prezidenti cozef baydenin dövründə tətbiq edilən xüsusi proqramla daxil olan miqrantlardan gedir. təşəbbüs təsdiqlənərsə, onların ölkədə müvəqqəti qalma proqramlarının qüvvəsi aprelin 24-də başa çatacaq.
“tramp administrasiyası kuba, haiti, nikaraqua və venesueladan abş-a gələn 530 mindən çox insanın müvəqqəti hüquqi statusunu ləğv etmək niyyətindədir”, - məlumatda deyilir.























