bakı, 22 mart, arhd.media
keniyada qeydiyyatda olan “buffalo 5y-rba” nəqliyyat təyyarəsi moqadişu yaxınlığında qəzaya uğrayıb.
arhd.media xəbər verir ki, bu barədə “arlaadi media” portalı məlumat yayıb.
ilkin məlumatlara görə, təyyarənin aviadispetçerlərlə əlaqəsi kəsilib və cəsirə kəndi yaxınlığında qəzaya uğrayıb. təyyarədə dörd nəfər olub.
təyyarə keniya sərhədi yaxınlığındakı dhobley şəhərindən moqadişuya uçurdu.
hadisənin səbəbləri araşdırılır.























