tbilisi, 20 mart, arhd.media
gürcüstan və ermənistanın hökumət başçıları regiondakı vəziyyəti müzakirə ediblər
gürcüstanın baş naziri irakli kobaxidze irəvanda erməni həmkarı nikol paşinyan ilə görüşüb.
bu barədə arhd.media-a gürcüstan hökumət administrasiyasından məlumat verilib. bildirilib ki, görüşdə tərəflər gürcüstan və ermənistan arasında səmərəli əməkdaşlıq və qonşuluq münasibətlərini müzakirə ediblər. strateji tərəfdaşlıq gündəliyində duran əsas məsələlərə, o cümlədən ticari-iqtisadi, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlığa diqqət yetirilib.
söhbət zamanı regiondakı çağırışlara, cənubi qafqazda sülh və sabitliyin xüsusi əhəmiyyətinə də toxunulub.




















