istanbul, 15 mart, arhd.media
türkiyə xin: islamofobiya qlobal sülh və ictimai harmoniya üçün ciddi təhlükədir
islamofobiya təkcə müsəlman icmaları üçün bir təhdid deyil, eyni zamanda, qlobal sülh və ictimai harmoniya üçün də ciddi təhlükədir. islami dəyərlərə qarşı davam edən hücumlar islam əleyhinə mübarizədə beynəlxalq ictimaiyyətin daha çox səy göstərməli olduğunu göstərir.
arhd.media xəbər verir ki, bu fikirlər türkiyənin xarici işlər nazirliyinin 15 mart – islamofobiya ilə beynəlxalq mübarizə günü ilə bağlı açıqlamasında səsləndirilib.
nazirlik açıqlamasında 2019-cu il martın 15-də yeni zelandiyanın kraystçörç şəhərində törədilən, biri türkiyə vətəndaşı olmaqla, 51 nəfərin ölümünə səbəb olan terror aktı qurbanlarını rəhmət və hörmətlə andığını, türkiyənin islam düşmənçiliyi ilə mübarizəyə dair təşəbbüsləri qətiyyətlə dəstəkləməyə davam edəcəyini vurğulayıb.























