bakı, 15 mart, arhd.media
prezident ilham əliyevin himayəsi altında və nizami gəncəvi beynəlxalq mərkəzinin təşkilatçılığı ilə bakıda keçirilən “dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusunda xii qlobal bakı forumu üçüncü günündə işini panel iclaslarla davam etdirir.
arhd.media xəbər verir ki, bmt-macarıstan assosiyasının prezidenti, “women4diplomacy” hərəkatının qurucusu, unesco-nun 36-cı sessiyasının prezidenti, macarıstanın bmt və unesco yanındakı sabiq səfiri katalin boqyayın moderatorluğu ilə keçirilən sessiya "gender-təhlükəsizlik-iqlim bağlantısı" mövzusuna həsr olunub.
panel sessiyada mövzu ətrafında latviyanın sabiq prezidenti (1999-2007), nizami gəncəvi beynəlxalq mərkəzinin həmsədri vayra vike-frayberqa, liviyanın avropa ittifaqındakı sabiq səfiri, şahzadə talal bin əbdüləziz əl səudun baş müşaviri farida allaqi, yunanıstanın sabiq baş naziri (2009-2011) george papandreu, misirin insan hüquqları üzrə milli şurasının prezidenti kemet butros ghali, sülh və bilik fondunun icraçı prezidenti, 2009-2011-ci illərdə misirin ailə və əhali naziri olmuş muşirə xəttabın çıxışları dinləniləcək.






















