bakı, 14 mart, arhd.media
türkiyə, iraq, suriyadan olan türkman qht-lərindən ibarət nümayəndə heyətinin azərbaycana səfəri başlayıb.
arhd.media xəbər verir ki, heyətə qht sədrləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri də daxildir.
səfər azərbaycan respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin xətti ilə həyata keçirilir. qonaqlar martın 15-də qarabağ universitetinin müəllim və tələbələri ilə görüşəcək, növbəti gün isə şuşa və füzuli şəhərləri ilə tanış olacaqlar.
martın 18-də bakı şəhərində ilk dəfə olaraq “türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək.
səfər martın 19-dək davam edəcək. səfər çərçivəsində əməkdaşlığa dair mühüm görüşlərin də keçirilməsi planlaşdırılır.
























