bakı, 10 mart, arhd.media
iran xin: tehran trampdan nüvə proqramına dair təklif almayıb
tehran abş prezidenti donald trampdan iranın nüvə proqramı ilə bağlı danışıqlara dair təklif almayıb.
arhd.media xəbər verir ki, iran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi ismayıl bəqai bu barədə jurnalistin müvafiq sualını cavablandıran zaman deyib.
xatırladaq ki, martın 7-də donald tramp özünün sosial media hesabında iranın ali dini lideri ayətullah əli xameneiyə tehranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edən mesaj göndərdiyini yazıb. birləşmiş ştatların dövlət başçısının bəyanatını şərh edən əli xamenei bildirib ki, vaşinqton yalnız öz maraqlarını düşünür, buna görə də iran abş-la danışıqlara getməyəcək.























