
bakı, 8 mart, arhd.media
azərbaycan-pakistan strateji tərəfdaşlığına dair məsələlər müzakirə edilib
martın 7-də azərbaycan respublikasının xarici işlər naziri ceyhun bayramov islam əməkdaşlıq təşkilatının (iət) xarici işlər nazirləri şurasının fövqəladə sessiyasında iştirakı çərçivəsində pakistan islam respublikasının baş nazirinin müavini, xarici işlər naziri məhəmməd ishaq dar ilə görüşüb.
arhd.media xəbər verir ki, görüşdə azərbaycan-pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub.
fevralda pakistan islam respublikasının baş naziri məhəmməd şahbaz şərifin ölkəmizə səfəri zamanı aparılmış müzakirələrə istinadən, iqtisadi, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.






















