moskva, 6 mart, arhd.media
rusiyanın xarici işlər naziri: makron öz reputasiyasını xilas etmək üçün düşünülməmiş hərəkətlər edə bilər
fransa prezidenti emmanuel makron reputasiyasını bərpa etmək üçün tələsik qərarlar qəbul edə bilər.
arhd.media xəbər verir ki, bu barədə rusiyanın xarici işlər naziri sergey lavrov zimbabvenin xarici işlər naziri amon murvira ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“mən nato çərçivəsində, avropa ittifaqı daxilində ağıllı səslər eşidirəm ki, makron fransada ümidsizcə tapdalanan reputasiyasını xilas etmək üçün tamamilə düşünülməmiş hərəkətlər edə bilər”, -deyə o vurğulayıb.
rusiya xin-in rəhbərinin sözlərinə görə, makronun fransa daxilində populyarlığının azalması onu sərt bəyanatlar verməyə və beynəlxalq aləmdə radikal addımlar atmağa vadar edir.
s.lavrov qeyd edib ki, bəzi ai və nato ölkələri bu cür hərəkətlərin riskini dərk edir və onlara ehtiyatla yanaşırlar.























