moldova səfiri rusiya xin-ə çağırılıb

moskva, 5 mart, arhd.media



moldova səfiri rusiya xin-ə çağırılıb


moldova respublikasının rusiya federasiyasındakı səfiri lilian dariy rusiya xarici işlər nazirliyinə (xin) çağırılıb.

arhd.media rusiya xin-ə istinadla xəbər verir ki, rusiya tərəfi bu ölkənin moldovadakı səfiri oleq ozerovun etimadnaməsinin indiyə qədər ölkə prezidenti tərəfindən qəbul edilməməsinə görə narazılıq bildirib. o.ozerov səfir qismində moldovaya 2024-cü ilin oktyabrında gəlib.

rusiya xin-dən qeyd olunub ki, bu, 1961-ci ildə qəbul olunmuş diplomatik əlaqələr haqqında vyana konvensiyasına ziddir.

moldova səfirinə vyana konvensiyasının mətni, həmçinin rusiya səfirinin qəbul edilməsinin gecikmə səbəblərinə aydınlıq gətirilməsini tələb edən verbal nota təqdim olunub. rusiya tərəfi bildirib ki, moldova tərəfinin hərəkətləri xarici nümayəndəliklərin rəhbərlərinə qarşı münasibətdə diplomatik praktikanın vahidliyi prinsipinə ziddir.

Baxış sayı: 4 318

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə