astana, 5 mart, arhd.media
astanada orta dəhlizin və konteyner daşımalarının inkişafı perspektivləri müzakirə olunub
astanada “ktz express” asc (ktz-nin törəmə şirkəti) ilə çinin nəqliyyat və logistika infrastrukturu sahəsində ən böyük şirkətlərindən biri olan “shandong hi-speed group”un rəhbərliyi arasında görüş keçirilib.
arhd.media “qazaxıstan dəmir yolu” sc-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, danışıqlar zamanı tərəflər yükdaşımaların həcminin artırılması, əməkdaşlığın genişləndirilməsi və yeni logistik həllərin tətbiqi perspektivlərini müzakirə ediblər.
iclasın əsas mövzuları aşağıdakılar olub: trans-xəzər beynəlxalq nəqliyyat marşrutu (titr) ilə kənd təsərrüfatı məhsullarının daşınmasının həcminin artırılması; mərkəzi asiya ölkələrinə konteyner qatarlarının sayının artırılması; daşıma səmərəliliyini artırmaq üçün ikimərtəbəli konteynerlərdən istifadə imkanları.
danışıqlar qazaxıstan və çinin nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsində və multimodal marşrutların inkişaf etdirilməsində qarşılıqlı marağı olduğunu bir daha təsdiqləyib.























