kreml ukrayna prezidentinin danışıqlar masası arxasına əyləşməyə hazır olmasını müsbət qiymətləndirir

moskva, 5 mart, arhd.media



kreml ukrayna prezidentinin danışıqlar masası arxasına əyləşməyə hazır olmasını müsbət qiymətləndirir


kreml ukrayna prezidenti volodimir zelenskinin danışıqlar masası arxasına əyləşməyə hazır olmasını müsbət qiymətləndirir.

arhd.media xəbər verir ki, bu barədə jurnalistlərə rusiya prezidentinin mətbuat katibi dmitri peskov məlumat verib.

o, eyni zamanda, rusiya ilə danışıqlara indiki qadağa ilə bağlı bir nüansın olduğunu vurğulayıb. “məsələ danışıqlar masasına kiminlə oturmaqdır. hələlik ukrayna prezidentinin rusiya tərəfi ilə danışıqlar aparmasına qanuni qadağa qüvvədə qalır. ümumilikdə, yanaşma müsbətdir, lakin nüanslar hələ dəyişməyib”, -deyə d.peskov jurnalistlərə bildirib.

kremlin sözçüsü iranın nüvə problemi ilə bağlı sualı da cavablandırıb. d.peskovun sözlərinə görə, rusiya hesab edir ki, abş və iranın problemləri müstəsna olaraq danışıqlar yolu ilə həll edilməlidir. o, moskvanın iranın nüvə probleminin sülh yolu ilə həllini asanlaşdırmaq üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki, rusiya iranın müttəfiqi və tərəfdaşıdır.

Baxış sayı: 5 441

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə