sarayevo, 3 mart, arhd.media
bosniya və herseqovinada zəlzələ olub
bosniya və herseqovinada 3,2 bal gücündə zəlzələ qeydə alınıb.
arhd.media xəbər verir ki, bu barədə avropa-aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.
episentri qaçko şəhərindən 9 kilometr aralıda olan zəlzələnin ocağı 3 kilometr dərinlikdə yerləşib.
dağıntı və tələfat olmadığı bildirilir.























