iranın vitse-prezidenti zərif istefa verib
iranın strateji məsələləri üzrə vitse-prezidenti məhəmməd cavad zərif, iqtisadiyyat və maliyyə naziri əbdülnasir hemmatinin impiçment elan edilməsindən sonra istefa verib.
“arhd.media” xəbər verir ki, bu barədə “fars” agentliyi mənbələrə istinadən məlumat yayıb.
bildirilib ki, vitse-prezident istefasını iran məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. həmin iclasda hemmati vəzifəsindən kənarlaşdırılmışdı.
qeyd olunub ki, prezident məsud pezeşkiaan hələ zərifin istefa ərizəsini qəbul etməyib.























