istanbul, 27 fevral, günel karatepe, arhd.media
türkiyədə terrorçulara çağırış: silahlar yerə qoyulmalı, pkk özünü buraxmalıdır
türkiyədə fəaliyyət göstərən dem partiyasının heyəti bu gün imralı adasındakı həbsxanada saxlanılan pkk terror təşkilatının lideri abdulla öcalanla üçüncü dəfə görüşüb.
arhd.media xəbər verir ki, adaya səfərdən sonra istanbulda mətbuat konfransı keçirən heyət üzvləri tərəfindən terror qruplarına silahların yerə qoyulması və pkk-nın özünü buraxması ilə bağlı çağırışı oxunub.
türkiyənin hakim ədalət və inkişaf partiyasının (ak parti) sədrinin vəkili afkan ala bununla bağlı açıqlama verərək deyib: “çağırışın mahiyyəti silahların yerə qoyulması və terror təşkilatının özünü buraxmasıdır. biz nəticəyə baxırıq”.























