ABŞ İranla münaqişədə yalnız “93 faiz” tamamlanmış bir nəticəni deyil, tam qələbəni hədəfləyir.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Veteranlar Günü münasibətilə keçirilən mərasimdə bildirib.


“Yeganə sual odur ki, biz bunu nə vaxt bitirmək istəyirik. Biz tam qələbə qazanmağımızı təmin etmək istəyirik – 93 faizlik qələbə yox. Bu, tam bir qələbə olacaq”, – deyə siyasətçi qeyd edib.


O, həmçinin vurğulayıb ki, İranla müharibəyə başlayan tərəf ABŞ olmayıb. Tehranın 1979-cu ildən bəri Amerikaya qarşı müharibə apardığını deyən Tramp, bu məsələnin çoxdan həll olunmalı olduğunu əlavə edib.

Baxış sayı: 3 530

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə