Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında mümkün görüş, həmçinin təhlükəsizlik məsələləri müzakirə olunacaq. 


“ARHD.MEDiA” “Strana.ua”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlayıb.  


“Yaxın günlərdə Əbu-Dabidə keçiriləcək danışıqları gözləyirik. Biz əsas diqqəti təhlükəsizlik məsələlərinə, etimadın möhkəmləndirilməsi tədbirlərinə və Zelenski ilə Putin arasında potensial görüşün mümkün gündəliyi üzərində cəmləşdirəcəyik”, - o bildirib.


Qeyd edək ki, 10-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçiriləcək işçi səviyyəli danışıqlara ABŞ vasitəçilik edəcək.

Baxış sayı: 3 951

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə