ABŞ ilə hərbi gərginliyin yüksəldiyi və regionda yeni müharibə riskinin müzakirə olunduğu bir şəraitdə İran hökuməti mümkün nüvə partlayışı və ya radiasiya təhlükəsinə qarşı vətəndaşlarına rəsmi xəbərdarlıq edib.


“ARHD.MEDiA” xəbər verir ki, ictimaiyyətə təcili davranış qaydalarını açıqlayan rəsmi Tehranın bu addımı bölgədə nüvə qarşıdurması ilə bağlı narahatlıqları artırıb.


İran Qızıl Aypara Cəmiyyəti və dövlət mediası tərəfindən yayımlanan təlimatda əhaliyə partlayış anında dərhal möhkəm binalara sığınmaq, qapı və pəncərələri sıx bağlamaq, havalandırma sistemlərini söndürmək və ən azı 24 saat qapalı məkanda qalmaq tövsiyə edilir.


Dövlət televiziyası vasitəsilə verilən xəbərdarlıqlarda partlayışın parlaq işığına baxmamaq, üzüüstə uzanaraq baş və üz nahiyəsini qorumaq, şok dalğası keçdikdən sonra isə dərhal ən yaxın binaya daxil olmaq tapşırılır.


Təlimatlarda vurğulanır ki, binada yanğın və ya uçma təhlükəsi yarandıqda daha təhlükəsiz başqa bir binaya keçmək lazımdır. Həmçinin bildirilir ki, 24 saatlıq müddət başa çatsa da, rəsmi orqanların xüsusi elanı olmadan çölün təhlükəsiz hesab edilməsi yolverilməzdir.

Baxış sayı: 2 968

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə