Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumundan müdafiə qüvvələri Məkkə şəhəri yaxınlığında pilotsuz uçuş aparatını (PUA) vurub.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki “X” sosial şəbəkəsində məlumat verib.


“Hava hücumundan müdafiə qüvvələri Məkkə yaxınlığında bir PUA-nı ələ keçirib”, - o yazıb.


Digər tərəfdən, Yəmənin “Ənsar Allah” (Husi) hərəkatının sözçüsü Yəhya Səri “X” platformasında bildirib ki, husilər Səudiyyə Ərəbistanı ərazisinə heç bir zərbə endirməyiblər. O, koalisiyanın bu iddiasını rədd edib.

Baxış sayı: 2 438

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə