Ermənistan hökuməti noyabrda yeni Konstitusiya layihəsini dərc etməyi planlaşdırır.


“ARHD.MEDiA” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin daimi komissiyalarının birgə iclasında çıxışı zamanı açıqlayıb.


“Biz yeni Konstitusiya layihəsini dərc edəcəyik, ictimai müzakirələr başlayacaq, təkliflər qəbul ediləcək və müzakirə olunacaq. Bu, yeni Konstitusiya layihəsinin cəmiyyətdə kifayət qədər müzakirə olunduğuna əmin olana qədər davam edəcək, bundan sonra biz yeni Konstitusiya layihəsinin növbəti müzakirəsini təşkil edəcəyik”, - Paşinyan deyib.


Baş nazir rəhbərlik etdiyi hökumətin qarşısında duran ən mühüm vəzifələrindən birinin Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası olduğunu bir daha diqqətə çatdırıb.

Baxış sayı: 3 049

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə