ABŞ-nin Alabama ştatının Birmingem şəhərində futbol matçından sonra silahlı hücum baş verib.


“ARHD.MEDiA” xəbər verir ki, nəticədə 1 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.


Bildirib ki, insident ənənəvi “Magic City Classic” oyunu yekunlaşdıqdan sonra “Legion Field” stadionu yaxınlığındakı ərazidə qeydə alınıb.


Azarkeşlərin əksəriyyətinin ərazini tərk etməsi sayəsində daha böyük tələfatın qarşısı alınıb.


Hadisə yerindən bir neçə odlu silah müsadirə olunub.


Faktla bağlı araşdırma başlanılıb, 1 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Baxış sayı: 3 351

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə